turklehceleri.org

cəfa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cəfa

is. [ər.] Əzab, əziyyət, üzüntü, incitmə. Xəzanə meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. X.Natəvan. [Vaqif:] Görmüşəm şahların vəfasını mən; Xanların zülmünü, cəfasını mən. S.Vurğun. • Cəfa çəkmək – iztirab çəkmək, əziyyət çəkmək. Qıymazdı intiqamə məni zardən rəqib; Çəkmiş olaydı mən təki yarın cəfasını. S.Ə.Şirvani. Cəfa vermək – mənəvi əzab vermək, əziyyət vermək, zülm etmək. Cəfasını çəkmək – əziyyətini çəkmək, möhnətini çəkmək, dərdbəlasını çəkmək. Cəfasın çəkən səfasın görər. (Ata. sözü). Buna baxmayaraq, Mehriban ərinin hər cəfasını çəkən, onun rahat yaşaması üçün hər bir fədakarlığa hazır olan bir qadın idi. S.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cəfa

əzab, əziyyət, iztirab, işkəncə, məşəqqət
{sıkıntı, eziyet, ıstırap, işkence, meşakkat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cəfa

cefa


Son arananlar: