turklehceleri.org

cırıldamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cırıldamaq

f. Cırıltı səsi çıxarmaq, cırcır eləmək. Arabanın yağlanmamış təkəri cırıldadığından Tərlan qabaqda gedən oğlanın cavabını eşidə bilmədi. M.Hüseyn. On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. Mir Cəlal. ..Pəncərənin qabağında pilləkənin taxtaları ara-sıra cırıldayırdı. İ.Hüseynov. // Cırcırama haqqında. Cırcırama cırıldayır. // Cırıltılı səs çıxarmaq. Nadir Səfərəli müəllimin sualına yavaş, titrək səslə cavab verdi: – Yaxşı müəllim. – Yox, bu olmadı. Səsin cırıldayır. M.İbrahimov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cırıldamaq

gıcırdamak


Son arananlar: