turklehceleri.org

coğrafiya

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

coğrafiya

[yun. gegraphia – Yerin təsviri] Təbii və istehsal ərazi komplekslərini tədqiq edən təbiyyat və ictimai elm sahəsi. • İqtisadi coğrafiya – ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti və xüsusiyyətlərindən bəhs edən elm. Fiziki coğrafiya – insan cəmiyyətini əhatə edən təbii şəraiti (relyef, iqlim, bitki və heyvan aləmi, torpaq və i.a.) öyrənən elm. // Yer üzündə bir şeyin yayılması haqqında tədqiqat. Bitki coğrafiyası. Heyvanlar aləminin coğrafiyası. Torpaqların coğrafiyası. // Coğrafiyadan bəhs edən fənn. Coğrafiyadan tapşırıq. Coğrafiyadan imtahan vermək. Coğrafiya müəllimi. // Coğrafiyadan dərs kitabı, dərslik. ‣ Dilçilik coğrafiyası – dilçiliyin, ayrı-ayrı dil hadisələrinin (fonetik, qrammatik, leksik) yayılması hüdudlarını öyrənən bəhsi.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

coğrafiya

coğrafya


Son arananlar: