cidal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cidal
is. [ər.] Dava, döyüş, qovğa, vuruş (çox zaman cəng-cidal şəklində işlədilir). Əcəl köynəyini geyib əynimə; Cəng-cidalın güzarına gəlmişəm. “Koroğlu”. Dönər günəşin atəşə, saç qərbə, şimalə; Topla nə gücün varsa, giriş qəti cidalə. C.Cabbarlı. • Cidal etmək – dava etmək, qovğa etmək, vuruşmaq. Məst olub xalqa cidal etdim; Əqlimi cəhlə paymal etdim. S.Ə.Şirvani. // Məc. mənada. Uzun olsun ömrüm deyə; Gələn gündən borc almışam; Sözün cəngicidalında qocalmışam. R.Rza.