turklehceleri.org

bəzəkli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bəzəkli

sif. Bəzək vurulmuş, bəzənmiş; zinətli. Bəzəkli ev. Bəzəkli mağaza. – Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi. Mir Cəlal. // Naxışlı, şəkilli. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza. Qaraş özünə məxsus şirinşirin gülərək, cibindən çıxardığı yanları bəzəkli ağ dəsmalla gözünü sildi. M.İbrahimov. // Məc. mənada. Bəzəkli yurdumuz çiçəkçiçəkdir; Hər keçən ömrümüz bir gələcəkdir. S.Vurğun.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bəzəkli

zinətli, yaraşıqlı, naxışlı, şəkilli
{süslü, yakışıklı, nakışlı, şekilli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bəzəkli

bezekli, bezenmiş, süslü, ziynetli


Son arananlar: