bəzək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəzək
is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi. // Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq. – Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə.Sabir. [Qətibə:] Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin. M.S.Ordubadi. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıb-yanır. S.Rüstəm. // Məc. mənada. Melodiya bəzəklərini yazarkən, hər cür şərti işarələri bir qoyub, bütün notları kiçik şəkildə yazmaq lazımdır. Ü.Hacıbəyov. • Bəzək bəzəmək – bax bəzəmək 2-ci mənada. Bəzək qoymaq – bax bəzəmək 2-ci mənada. Bəzək vermək – bax bəzəmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bəzək
zinət, yaraşıq
{süs, yakışık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bəzək
bezek, süs