bəxtəvər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəxtəvər
sif. [fars.] Xoşbəxt, bəxtli, taleli. ..[Narıngül] indi bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev. • Bəxtəvər etmək – xoşbəxt etmək. [Bayram:] Heç dərd eləmə, Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm. M.F.Axundzadə. // İs. mənasında. Xoşbəxt adam. – Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? Qurbani. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə dincəldimi? A.Səhhət. [Arvad:] Bəxtəvərə hamı kömək eləyir, .. amma heç kəs demir ki, ala, bu da sənə ayaqqabı. M.Hüseyn. ‣ Bəxtəvər başın(ız)! – bir işdə birinin bəxti gətirdikdə deyilir (bəzən istehza ilə deyilir). [Pəri:] Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub. N.Vəzirov. Bəxtəvər başına – xoşbəxtdir, xoşbəxtsən. Bəxtəvər başına o kimsənənin; Gözəllər yanında etibarı var. Q.Zakir. Şahnisə xanım qızının, qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək: – Bəxtəvər başına! – deyə gülümsədi. Çəmənzəminli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bəxtəvər
mutlu