turklehceleri.org

bərbad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bərbad

is. [fars.] Dağılmış, dağınıq, pozğun, pərişan, uçmuş, pozulmuş; çox pis, çox xarab, çox yaman. • Bərbad etmək (qoymaq) – dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək. Bərbad olmaq – dağılmaq, viran olmaq, pozulmaq, xarab olmaq; heçə çıxmaq, puç olmaq, alt-üst olmaq. Bütün əməyim bərbad oldu. Evi bərbad olmuş – qarğış yerində işlənir. Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin. (Qoşma). [Mirzə Qoşunəli:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara, sərgərdan eləyib. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bərbad

I. dağınıq, pozgun, pərişan
{dağınık, düzensiz, perişan}

II. viran, xaraba
{viran, harabe}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bərbad

berbat


Son arananlar: