turklehceleri.org

bəlləmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bəlləmək

f.
1. Bəlli etmək, aydınlaşdırmaq, bilmək.
2. Nişanlamaq, gözaltı etmək, bələdləmək. Tərlan kimi gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. [Polkovnik] ona [təyyarəçiyə] – Bizim topların yerini bəlləmək lazımdır, – dedi, – belə hallarda yaxşı gizlənmək məsləhətdir. M.Hüseyn. Ertəsi gün səhər tezdən Tapdıq bəllədiyi kolluqda deyəsən bir qaraltı görən kimi oldu. Ə.Əbülhəsən.
3. Nişanəyə almaq. İlyas otlar arasından baxıb, ağac başındakı “qarğaları” bəllədi, atəş açmağa icazə istədi. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bəlləmək

I. nişanlamaq
{işaretlemek}

II. aydınlaşdırmaq, bilmək
{öğrenmek, bilmek}

III. qazmaq, əkmək
{kazmak, eşmek}


Son arananlar: