bükmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bükmək
f.
1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. – O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli. // Örtmək. Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.
2. Sarımaq, bürümək. Şeyləri kağıza bükmək. – Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü.. Mir Cəlal. // Tütünü kağıza qoyub papiros düzəltmək. ..Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun bir papiros bükdü. M.Hüseyn.
3. Əymək. Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov. Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.
4. Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək. ‣ Abrını ətəyinə bükmək – bax abır. Belini bükmək – bax bel. Boynunu bükmək – bax boyun. Büküb-bükmələmək – yıxmaq, basmaq, əzişdirmək. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bükmək
I. qatlamaq, əzmək
{katlamak, ezmek}
II. sarımaq, dolamaq
{sarmak, dolamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bükmək
bükmek