böhtan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
böhtan
is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. • Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) – bax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
böhtan
iftira, şər
{iftira, şer}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
böhtan
iftira
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
böhtan
a. Bühtan, iftira, töhmet. Böhtan qilmaq – İftira etmek.