turklehceleri.org

boşaltmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

boşaltmaq

f.
1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq. – Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov. // Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili boşaltmaq. Arabanı boşaltmaq.
2. məc. İçindəkini içmək, yemək. Sofi İranpərəst badəni boşaldıb, stola yaxınlaşdı. M.İbrahimov.
3. Təxliyə etmək; tərk edib başqa yerə köçmək, çıxmaq. Şəhəri boşaltmaq. Evi boşaltmaq. Mənzili boşaltmaq.
4. Bir qabdan başqa qaba tökmək. Unu tabağa boşaltmaq. Suyu ləyənə boşaltmaq.
5. Gərginliyini, tarımlığını azaltmaq, bir az açmaq, boş eləmək. Atın quşqununu boşaltmaq. Çəkmələrimin bağını boşaltdım.
6. Atmaq (odlu silahdan). [Oruc:] Vəli, tüfəngin çaxmağını yuxarı qovza ki, hamımız birdən tüfəngləri boşaldaq. M.F.Axundzadə. Dayanmadan tüfəngimi boşaltdım; Dallarınca bir neçə güllə atdım. A.Səhhət. Bir anda bir daraq güllə boşaltdım. S.Vurğun.
7. məc. Açıb söyləmək. Sərdar Rəşidin dili açıldı, o, ürəyindəkiləri ortalığa boşaltmağa başladı. M.S.Ordubadi. Məstan bəyin ürəyi dolu idi. Boşaltmağa adam axtarırdı. B.Talıblı. Mədəd, sənin ürəyin dolu imiş, boşalt gəlsin! Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

boşaltmaq

I. tökmək
{dökmek}

II. yemək
{yemek}

III. söyləmək
{anlatmak}

IV. azaltmaq, zəiflətmək
{azaltmak, zayıflatmak}

V. laxlatmaq, tərpətmək, oynatmaq
{sarsmak, kımıldatmak, oynatmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

boşaltmaq

boşaltmak, kotarmak


Son arananlar: