turklehceleri.org

boşalmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

boşalmaq

f.
1. Boş olmaq, boş qalmaq, boş hala gəlmək. Ev boşaldı. Qablar boşaldı.
2. Bərkliyini, sərtliyini, gərginliyini itirmək; yumşalmaq. Atın quşqunu boşalıbdır. Dəri boşalıbdır.
3. Ciddiyyətini itirmək, zəiflik göstərmək, iradəsizlik göstərmək. [Şəhrəbanı xanım:] Hatəmxan ağa, özün bilmirsən ki, bir xamırağız kişidir. Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı. M.F.Axundzadə.
4. Gülləsi atılmaq, yaxud çıxarılmaq. Tüfənglər boşaldı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

boşalmaq

I. yumşalmaq, kövrəlmək
{yumuşamak, kırılganlaşmak}

II. laxlamaq, oynamaq, tərpənmək
{sarsılmak, oynamak, deprenmek}

III. iradəsizləşmək, zəifləmək
{iradesizleşmek, zayıflamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

boşalmaq

boşalmak


Son arananlar: