borclu
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
borclu
sif. və is.
1. Borcu olan, başqasından borc almış olan; verəcəkli. Borcluların siyahısını tutmaq. – Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. S.S.Axundov.
2. Borc verən. Borclu borclunun sağlığını istər. (Məsəl).
3. Bir vəzifəni görməli olan, öz vəzifəsi kimi icra etməli olan; vəzifəli. O, gördüyü işlər haqqında vaxtında hesabat verməyə borcludur. O, sənin işini görməyə borclu deyil. • Borclu çıxartmaq – bax borclu eləmək. [Qəhrəman:] “Sağ ol” demək əvəzinə, məni borclu çıxarırsan. S.Rəhimov. Borclu eləmək – yaxşılıq qarşısında minnətdar etmək. Məni özünə borclu elədi. Borclu qalmaq (olmaq) – öhdəsində borc olmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
borclu
I. verecekli
{verecekli}
II. vezifeli
{vazifeli}
III. haqlı, minnetli
{verecekli, minnettar}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
borclu
mükellef, yükümlü