turklehceleri.org

bihuş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bihuş

sif. [fars.]
1. Özündən getmiş, bayğın. Sevil bihuş halda yatırdı. Ə.Sadıq. • Bihuş olmaq – özündən getmək, bayılmaq. [Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə. ..Bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. C.Məmmədquluzadə. Huşa getmiş uşaq xəyal içrə; Kəsrətiqüssədən olub bihuş. C.Cabbarlı.
2. Huşsuz, yaddaşsız, hafizəsiz; fikri dağınıq. Bihuş adam.
3. məc. Məst, heyran, valeh. • Bihuş olmaq – məst olmaq, heyran olmaq, valeh olmaq. Eşitdim ol qarə göz dilbərim sağərpərəst olmuş; Mey içmiş, məclisi-əğyardə bihuşü məst olmuş. S.Ə.Şirvani. Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu. A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bihuş

I. baygın
{baygın}

II. hafizəsiz, yaddaşsız
{hafızasız, akılsız}

III. məst, heyran, valeh
{mest, hayran, mutlu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bihuş

akılsız

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

bihuş

[bi:hu:ş], syp. 1. Huşuny ýitiren, huşy giden, huşsuz, özüni bilmän ýatan, beýhuş. Şol dondan Artygyň ysy kükäp, Aýnany bihuş hala getirdi (B. Kerbabaýew). 2. Bir zady çalt ýadyndan çykaragan, ýatkeşligi peselen, huşsuz.
 ‣ Bihuş etmek özünden gidermek, aňyny ýitirtmek; serhoş etmek. Göroglyny ýatan ýerinde bihuş etdiler (“Görogly”).


Son arananlar: