turklehceleri.org

biganə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

biganə

sif. [fars.] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam. – Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə. // İs. mənasında. Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli. Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi. Xəstə Qasım. Biganələrlə çünki olub aşina o gül; Ey kaş, olmayaydım əzəldən mən aşina. S.Ə.Şirvani. Biganəsən, olmaz məni görmək sənə qismət! A.Səhhət. // Zərf mənasında. Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilməzdi. M.İbrahimov. Direktor burada heç bir səhv görmədiyindən, sədrin baxışlarını da çox biganə qarşıladı. M.Hüseyn. Odunçuoğlu məclisi görməyirmiş kimi, biganə bir halda qapı ağzında dayandı... Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

biganə

yad, özgə
{yabancı, özge}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

biganə

bigane


Son arananlar: