bağırmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bağırmaq
f.
1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn. • Bar-bar bağırmaq – şiddətlə, var gücü ilə çığırmaq. [Kərim baba:] – Bu şələni hara töküm? – deyə bar-bar bağırdı. A.Şaiq.
2. Böyürmək, nərə çəkmək. Bir az daha irəliləmişdim ki, birdən-birə pələng yerindən sıçrayıb bağıra-bağıra (z.) üstümə gəldi. A.Şaiq.
3. Ağlamaq, haray salmaq, fəryad etmək. Bağırmaqdan uşağın az qala ürəyi partlamışdı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bağırmaq
I. qışqırmaq, çığırmaq, böyürmək
{haykırmak, çağırmak, böğürmek}
II. ağlamaq, haraylamaq
{ağlamak, seslenmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bağırmaq
bağırmak