turklehceleri.org

ayırd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ayırd

ayırd etmək (eləmək) –
1. Yoxlayıb müəyyənləşdirmək. Məsələni ayırd etmək. – [Qoca keşikçi:] Mən davanızı ayırd edərəm, – dedi. M.Hüseyn. [Kərəmov:] Yaxşı, bu məsələlərin hamısını iclasda ayırd eləyərik. S.Rəhman.
2. Ayırmaq, fərqləndirmək, seçmək, yaxşını pisdən, irini xırdadan və s. ayırmaq. Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir... M.F.Axundzadə.
3. Dalaşanları, tutuşanları, mübahisə edənləri bir-birindən ayırmaq. Bəziləri didişir, böyük yoldaşları onlara acıqlanır, onları ayırd edirdi. S.Rəhimov.


Son arananlar: