ayinə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ayinə
is. [fars.] bax. ayna 1-ci mənada. Ol məhi-namehriban istər ki, zülfün darasın; Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut. S.Ə.Şirvani. Şairəm, əsrimin ayinəsiyəm; Məndə hər kəs görür öz qaşgözünü. M.Ə.Sabir. Ədəbiyyat [xalqın] ayineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eyni ilə göstərir. F.Köçərli.