axşamçağı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
axşamçağı
bax. axşamüstü. Axşamçağı tarın səsi, Qarabağın şikəstəsi; Hər kəsin bir həmdəmi var. M.Müşfiq. Bir gün axşamçağı usta Ağabala evə gələndə arvadına dedi: – Ə, bilirsən nə var? Çəmənzəminli. Axşamçağı idi ki, kənd əhalisi işlərini qurtarıb arvadlar və kişilər ayrı-ayrı küçə ağzında .. çöməlmiş oturmuşdular. B.Talıblı.