aksiom
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
aksiom
[yun.]
1. riyaz. Sübutsuz qəbul edilən fikir. Həndəsədə olduğu kimi, maddi nöqtənin dinamikası elmini qurmaq üçün bir neçə aksiom qəbul olunur. Bu aksiomlar həndəsədəki aksiomlar kimi, uzun müddət aparılan müşahidə və təcrübələrdən alınmışdır.. Xəlilov.
2. Ümumiyyətlə, dəlilə, sübuta ehtiyacı olmayan həqiqət. Hökumətin mədəniyyət, elm tərəfdarı olduğu artıq Nəcmi müəllim üçün bir aksiom idi. Ə.Əbülhəsən.