turklehceleri.org

adətkərdə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

adətkərdə

sif. [ər. adət və fars. ...kərdə] Adət etmiş, vərdiş etmiş, alışmış, öyrəşmiş. [Fərhad:] Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsinizmi? Ə.Haqverdiyev. • Adətkərdə olmaq – alışmaq, vərdiş etmək, adət etmək, öyrəşmək, adəti olmaq. Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşlar. C.Məmmədquluzadə. Bu adamlara həmişə hörmət etməyə adətkərdə olmuş Balacayev onların sözünü sındırmırdı. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

adətkərdə

alışmış, öyrənmiş
{alışmış, öğrenmiş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

adətkərdə

alışkın, usta


Son arananlar: