turklehceleri.org

adlandırmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

adlandırmaq

f.
1. Ad qoymaq, ad vermək, ləqəb qoymaq. Bütün el onu şair atası adlandırırdı. Yoldaşları onu qorxaq adlandırdılar.
2. Adını çəkmək, adını dilinə gətirmək. Naməlsəm məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eyibli bir şey hesab olunurdu. N.Nərimanov.
3. Səciyyələndirmək, qiymətləndirmək. Bu hərəkəti heç bir vaxt yaxşı bir hərəkət adlandırmaq olmaz. Bu işi necə adlandıraq? – [Qəhrəman:] Sükut deyirəm, səhv etməyiniz. Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nəzərli.


Son arananlar: