Yun
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yun
is.
1. Bəzi məməli heyvanların dərisinin üstünü örtən tüklər. Yun qırxımı. Qoyunların yununu vaxtında qırxmaq.
2. Heyvandan (adətən qoyundan, dəvədən və s.) qırxılan belə tüklər. Qoyun yunu. Dəvə yunu. Keçinin yununu qırxmaq. Yun darağı. – [Şah:] Sən bazardan mənə yun al və keçəçi aləti al. Ü.Hacıbəyov. // Belə tükdən toxunmuş. Yun parça. Yun əlcək. Yun ip. Yun köynək. – Telli özünə toxuduğu yun corabı aldı. S.Hüseyn. Pərşan gəlib yaxınlaşırdı, onun əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botı vardı. M.İbrahimov. ‣ Yun kimi məc. – ağarmış və ya bozarmış saç-saqqal haqqında. Ömür ötüb, baş ağarıb un kimi; Diş tökülüb, saqqal olub yun kimi. M.Ə.Sabir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yun
kil, yün