Yeddi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yeddi
1. say. Altıdan sonra gələn ədədin adı –
7. Yeddidən üç çıxmaq. // Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün. – Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı). Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. C.Məmmədquluzadə.
2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək. – Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. İ.Şıxlı. ‣ Yeddi arxa – əcdad, əsil-nəsəb. [Məşədi Əhməd:] Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. Ə.Haqverdiyev. Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir. Yeddi qapı qonşuları bədxab eləyir. Mir Cəlal. Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq. Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq. Yeddi iqlim – dünya, aləm. Eşitsəm gəlirsən, uçaram, inan; Pənbə buludlarla qucaqlaşaram; Açaram köksümü yeddi iqlimə. X.Rza. Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq. Yeddisindən yetmişinə qədər – yeddi yaşlı uşaqlardan tutmuş yetmiş yaşlı qocalaradək; hamı. S.Vurğunu Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır. Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq. Bir dərədə yeddi yetim ilə ac və susuz qalmamışıq ki! Bizim dövlətimiz dağılan və qurtaran dövlət deyil. İ.Musabəyov. yeddi-yeddi zərf Hər dəfəsində, hər sırada və s. yeddi olaraq. Yeddi-yeddi sıralanmaq. Yeddi-yeddi ayırmaq. Nümayişçilər yeddiyeddi gəlib keçdilər.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yeddi
yedi