Xoşbəxtlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xoşbəxtlik
is.
1. Həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoşbəxtliyi. // Bu hissin bu və ya başqa bir şəkildə təzahürü. Əziz balalar! ..Mində birimizin üzünə xoşbəxtlik günü doğub minmin bəlalərdən xilas olub da hazırdakı dərəcəyə çatdıq. N.Nərimanov. Ağabalanın bu xoşbəxtliyinə bütün şagirdlər həsəd aparardı. Çəmənzəminli. [Qətibə:] Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. M.S.Ordubadi. • Xoşbəxtlik üz vermək – taleyi gətirmək, bəxti gətirmək, bəxti üzünə gülmək. [Tapdıq:] Bəlkə yenə xoşbəxtlik üz verdi. Ə.Əbülhəsən. Qafar Xəlilova 1951ci ildə böyük xoşbəxtlik üz verdi. Ə.Sadıq.
2. Xoşbəxtlikdən şəklində ara s. mənasında – məmnunluq ifadə edir. Xoşbəxtlikdən, heç kəsə xətər toxunmadı. – Kosa yerə çöküb o tərəf-bu tərəfə boylandı, xoşbəxtlikdən, heç kəs onu görməmişdi. S.Rəhimov. Xoşbəxtlikdən, gəmidə mama tapıldı. S.Vəliyev. Bu dəfə, xoşbəxtlikdən, Zərqələmin anası da qızının uşaq evinə getməsinə razılıq verdi. Ə.Sadıq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xoşbəxtlik
bəxtevərlik, bəxtiyarlıq, seadət, firavanlıq, ağgün, mes’udluq, farəhlilik, şadlıq
{şanslılık, bahtiyarlık, saadetlilik, rahatlık, kedersizlik, mesutluk, sevinçlilik, mutluluk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
xoşbəxtlik
mesutluk, mutluluk, rahatlık, sevinç