turklehceleri.org

Xaric

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xaric

is. [ər.]
1. Bayır, dışarı; bayır tərəf (daxil əksi). Binanın xarici. Bu evin xarici daxilindən gözəldir. – Sonra birdən o, xaricdən gələn səslərə qulaq asmağa başlayır. S.Rəhman. • Xaric etmək – qovmaq, kənar etmək, çıxarmaq. [Fərhad Mirzə Sadığa:] Baba, tez məni [saraydan] xaric edin. C.Cabbarlı. Yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov. Xaric olmaq – kənar olmaq, çıxmaq. [Qızıl Arslan:] Bu məktubu alandan bir həftəyə qədər öz qoşununu padşaha təslim verib islam məmləkətlərindən xaric olmalısınız! M.S.Ordubadi.
2. Xarici ölkə, məmləkət. Xaricdən gələn mallar. Xaricdə yaşamaq. – Günlər keçir, xaricdən qəsəbəyə kimsə gəlməyirdi. H.Nəzərli.
3. Musiqidə: mövcud ölçü və ahəngdən kənara çıxma, yanlış çalma, ya oxuma. Xaric vurub zil pozuldu; İndi bəmdən oxu, bülbül. N.Kəsəmənli. ‣ Xaric dəftəri dəft. – idarədən çıxan məktubları, təliqələri qeyd etmək üçün dəftər.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xaric

I. bayır, zahir, çöl
{dış, zahir, kır}

II. kenar, yad, özgə
{kenar, yad, özge}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xaric

dış, hariç


Son arananlar: