Vəch
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəch
is. [ər.]
1. klas. Üz, sifət, çöhrə, surət. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. M.Ə.Sabir.
2. Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir). Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücuda gələn çatlaqların da ədədi artıq olmuşdur. H.Zərdabi. Elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. C.Məmmədquluzadə. • Heç (bir) vəchlə – heç bir surətlə, heç bir yolla, qətiyyən, əsla. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin səfərə getməsinə inanmayırdı. M.S.Ordubadi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç bir vəchlə imkan tapa bilməmişdi. S.S.Axundov. [Səriyyə xala] alt köynəyinin yaxasında gizlətdiyi 30 tümən pulu heç bir vəchlə xərcləmək istəmir(di).. M.İbrahimov. Hər vəchlə – hər bir vasitə ilə, hər necə olur olsun. Axır günlər tez-tez Gülüşlə görüşməyə can atan Günəş hər vəchlə Gülüşdən söz almaq istəmişdisə də, müvəffəq ola bilməmişdi. Ə.Vəliyev.
3. klas. Səbəb, vəsilə, cəhət, münasibət. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var. Füzuli. Göstərsə yarə könlünü var vəchi Seyyidin; Öz xaneyi-xərabını memara göstərir. S.Ə.Şirvani. Kəndli dedi: – Vəchi budur, müxtəsər; Səndə o şeydən əbədən yox əsər. A.Səhhət. • Nə vəch ilə – nə səbəbə, nə üçün, niyə. Nə vəch ilə tutub xət səfheyirüxsarın ol şuxun? Q.Zakir.
Son arananlar:
- qarışdırıcı,
- kotak,
- kapşı,
- niteliksiz,
- suitable,
- xacə,
- Takmak,
- sağmak,
- suyanch,
- hallucination,
- şolp,
- beslemek,
- En,
- hoşallyk,
- cuban,
- çırgala,
- kaptenarmus,
- ekabyrlanmak,
- Bagir,
- məharetsizlik,
- chrestomathy,
- Vəch