Ucalıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ucalıq
is.
1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. – Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. C.Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.
2. məc. Yüksək ictimai mövqe, vəziyyət. Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov.
3. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. [Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ucalıq
I. hündürlük, yüksəklik, qəlbilik
{ululuk, yükseklik, yücelik}
II. gurluq, bərklik
{gürlük, sağlamlık}
III. hörmət, nüfuz
{saygınlık, etki}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ucalıq
yücelik