UCUZ
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
ucuz
с. арзан, очсыз, кыйбат түгел; ucuz almak арзанга алу; ucuz kumaş арзан тукыма; ucuza satmak арзанга сату ◊ ucuz kurtulmak җиңел котылу
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
ucuz
Türkiye Türkçesi: ucuz
Azerbaycan Türkçesi: ucuz
Başkurt Türkçesi: arⱬan oshoⱬ
Kazak Türkçesi: arzan
Kırgız Türkçesi: arzan
Özbek Türkçesi: ärzàn
Tatar Türkçesi: arzan oçsiz
Türkmen Türkçesi: arzãn
Uygur Türkçesi: ärzän
Rusça: deşövıy nedorogóy
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ucuz
sif.
1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji. – Ucuz ətin şorbası olmaz. (Məsəl). Söz yox, ulaq atdan yaxşıdır. Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə. Burada nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. İndi o qədər ov tüfəngi var ki, özü də qiymətdə ucuz. M.Rzaquluzadə. // Zərf mənasında. [Cavad ağa:] Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. M.S.Ordubadi. Malı ucuz alıb, baha satanlar; Dəllaldır, onları cilovlayaq biz. B.Vahabzadə.
2. məc. Zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc. – [Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə. // məc. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. Ucuz söhbətlər. – Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan; Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun. ‣ Ucuz başa gəlmək (oturmaq) – zəhmətsiz, əziyyətsiz, asanlıqla başa gəlmək, əldə edilmək. Lakin Əmir Həşəməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna ucuz oturmadı. M.S.Ordubadi. Ucuz qurtarmaq – xoşagəlməz, yaxud xətərli bir işdən, hadisədən çox asanlıqla, başına bir iş gəlmədən qurtarmaq. Ucuz olmaq məc. – qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək. Təmkini cünunə qılma təbdil; Qızsan, ucuz olma, qədrini bil! Füzuli. Ucuz tutmaq – əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Onun sözlərini ucuz tutma. – Görəsən vicdanı salırmı yada; Eşqin mənasını ucuz tutanlar?! S.Vurğun. [Şərəfoğlu:] Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ucuz
I. qiymətsiz, dəyərsiz, əhəmiyyətsiz, boş
{kıymetsiz, değersiz, önemsiz, boş}
II. duzsuz, bayağı, şit
{sıradan, bayağı, adi}
III. yüngül, əlverişli
{hafif, elverişli}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ucuz
harcıalem, ucuz