Təndir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təndir
is. Çörək yapmaq üçün gildən düzəldilən konusşəkilli, üstü kəsik, yerə qoyulub ətrafı səki kimi tikilən və ya yerə basdırılan iri kürə. Təndirdə çörək yapmaq. Təndir çörəyi (təndirdə bişmiş yastı çörək). – [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. • Təndir salmaq – çörək bişirmək üçün təndirə odun qoyub yandırmaq. [Gülsüm:] Kişi, nə vurmusan özünü yerə, dur, bir az odun yar, təndir salacağam. C.Cabbarlı.