turklehceleri.org

Təbiət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təbiət

is. [ər.]
1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları. – Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. // Hər hansı bir yerin xüsusiyyətlərinin məcmusu (onun relyefi, bitki və heyvanlar aləmi, iqlim şəraiti və s.). Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti. – Şimalın təbiəti çox zəngindir. M.İbrahimov.
2. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). Təbiətə yaxınlıq. Təbiətə çıxmaq. – İnci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir. A.Şaiq. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.
3. Xasiyyət, xarakter. [Badisəba:] Zatən, təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi, mən də fırtına keçirməyi sevmərəm. Çəmənzəminli. Bu iki adamın [Kərim baba və Ayrım qızının] təbiəti bir-birinə əsla uymurdu. A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təbiət

I. əsl, mahiyyət, xassə, keyfiyet
{asıl, mahiyet, özellik, keyfiyet}

II. xasiyyət
{tabiat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təbiət

doğa, tabiat, yaradılış


Son arananlar: