Tibb
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tibb
is. [ər.]
1. Xəstəliklər, onların müalicəsi və qarşısını almaq haqqındakı elmlərin məcmusu. Aynadan beş-altı yaş böyük olan qardaşı tibb institutunda dosent idi. İ.Əfəndiyev. • Tibb bacısı (qardaşı) – müalicə müəssisələrində orta təhsilli tibb işçisi.
2. bax. səhiyyə. Tibb işçiləri həmkarlar ittifaqı. – [Sevinc Qaçaya:] Durmayın, tez tibb məntəqəsinə aparın. Z.Xəlil.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tibb
tıp