Sən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sən
Ikinci şəxs əvəzliyinin təki. Sən istəyən kimi oldu. – Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozulur məzacımız. M.Ə.Sabir. [Əsgər:] Ay Süleyman, yaxşı oldu sən gəldin, axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək, sən nə məsləhət tökürsən? Ü.Hacıbəyov. ‣ Sən allah, sən allahın – bax. Allah. [Məşədi İbad:] A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin, sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm. Ü.Hacıbəyov. [Gülsənəm:] Ay yoldaş Ağa, sən allah, məni bu ağbirçək vaxtımda masqaraya qoyma. H.Nəzərli. Sən demə – bax. demə. Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. Sən öl dan. – öz sözünü birinə inandırmaq istədikdə işlənir. Sən öl, düz deyirəm. Sən hara, bura hara! – gəlişi təəccüb doğuran, yaxud gözlənilmədən rast gələn adam haqqında. [Sultan bəy:] Paho, Süleyman, sən hara, bura hara? Xeyirxəbər olasan, əyləş görək, nə var, nə yox? Ü.Hacıbəyov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sən
sen, siz