Söykənmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
söykənmək
f.
1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək. Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev. Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara. R.Rza.
2. məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək. – Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. // məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.
3. Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib. – Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhəsən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
söykənmək
I. dayanmaq, dirənmək
{dayanmak, direnmek}
II. əsaslanmaq, arxalanmaq
{esaslanmak, arkalanmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
söykənmək
abanmak, söykenmek, yaslanmak