turklehceleri.org

Saralmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

saralmaq

f. Sarı rəng almaq, sarı olmaq. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev. Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov. // Yetişmək (meyvə haqqında). Sonra o ilin payızında .. heyvalar saralanda, dam üstünə qalxmış tənəklərdə ağır üzüm salxımları aşağı asılanda Afaq da ilkini doğdu. Ə.Məmmədxanlı. “N” şəhərindən uzaqlaşarkən hər tərəfdə yetişmiş taxıl zəmiləri saralırdı. S.Şamilov. // Xəzan olmaq, solmaq, soluxmaq. Gün altında quruduqca vətən çölləri; Öz vaxtından tez saralır güllər, çiçəklər. S.Vurğun. Hava yavaş-yavaş tutulub qaralır, narın çiskin başlayır, asta yel saralan çinar yarpaqlarını töküb ətrafa səpələyirdi. S.Rəhimov. // Xəstəlikdən, dərddən, həyəcandan, qorxudan və s.-dən üzünün rəngi qaçmaq, solmaq. Azardan saralmaq. Qorxudan saralmaq. – Eşq oduna yanan aşkara yanmaz; Pünhan-pünhan mənim kimi saralı. Aşıq Ələsgər. Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Çəmənzəminli. Hər yerdən “doğrudur, doğrudur!” səsi gəldikcə Yarməmməd ölür, Salman saralırdı. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

saralmaq

solmaq, ağarmaq
{solmak, ağarmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

saralmaq

sararmak


Son arananlar: