turklehceleri.org

Qəriblik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qəriblik

is.
1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. – Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; İkisi bir, üçü bir. R.Rza.
2. Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik. // Hüzn, ələm, kədər, qəmginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli. ‣ Qəribliyə düşmək – qulaqardına vurulmaq, sayılmamaq, əhəmiyyət verilməmək. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu .. katiblə vidalaşmadan haraya isə getdi. M.Hüseyn. Qəribliyə salmaq – əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq. Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs”in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qəriblik

I. qürbət
{gurbet}

II. yazıqlıq, zavallılıq, aramsızlıq, kimsəsizlik, təklik
{acizlik, zavallılık, güçsüzlük, kimsesizlik, yalnızlık}

III. hüzn, eləm, kədər, qemginlik
{hüzün, elem, keder, üzüntü}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qəriblik

gariplik


Son arananlar: