turklehceleri.org

Naçalnik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

naçalnik

is. [rus. naçalğnik]
1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis. Nikolay hospital naçalnikinə raport yazdı. Ə.Əbülhəsən. // Belə şəxslərə müraciət. [Usta Xəlilova:] Xoş gördük, yoldaş naçalnik! M.Hüseyn. [Kişi:] Belədir, naçalnik! – deyə çeşməyini alnına qaldırıb başını şübhə ilə buladı. S.Rəhimov.
2. İnqilabdan əvvəl: polis, jandarm rəisi. [Pirverdi bəy Kabla Qulamalıya:] Bu saat oğlun Mustafanı get, gətir cənab nəçərnikin hüzuruna! C.Məmmədquluzadə. Samovar üstə çaynik; Dostum olsun uryadnik; Dur, şikayətə gedək; Divan qursun naçalnik. Ə.Cavad.

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

naçalnik

r. âmir, mafevk.


Son arananlar: