turklehceleri.org

Narın

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

narın

sif.
1. Son dərəcə xırda, toz kimi. Narın torpaq. Narın qar. – Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə budur. S.Rüstəm. Yaşıl yarpaqlardan asta-asta damcılar damır, narın çiskin təpəl camışın saçaqlı tüklərindən üzüaşağı süzülürdü. S.Rəhimov.
2. məc. Zərif, incə, nazik. Narın tük. Narın söz. – ..Uzaqdan incə və narın ahənglə çalğı səsi eşidilməyə başlar. H.Cavid. Qalxan dumandan çöllər narın sapdan hörülmüş tora bürünmüş kimi görünürdü. Ə.Əbülhəsən. // Zərf mənasında. Narın danışmaq. Narın yerimək. – Könül sən ki, düşdün eşqin bəhrinə; Narın çalxan, narın silkin, narın üz. Aşıq Ələsgər. Gəlin nə narın süzürdü! Nə dadlı səkirdi! Çəmənzəminli. narın-narın zərf Xırda-xırda, kiçik-kiçik. Narın-narın addımlamaq. – Adım yazdır, gələndə mən yağış yağar .. narın-narın; Ruhu gülər torpaqların. S.Vurğun. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narınnarın tökülən yağışa yol açırdı. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

narın

xırda, yumşaq
{narin, yumuşak}

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

narın

1. üzerine çorba dökülmüş ve ufak doğranmış etten ibaret olan yemek; aşap alıp ketsin dep, narın tartıp koydurup folk. : yesinler diye onlara narın çekti; 2. = beş barmak 2 (bk. barmak ) .

Sahaca—İngilizce Sözlük (Straughn, 2006)

narın

a. tender


Son arananlar: