Məktəb
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məktəb
is. [ər.]
1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq.
2. Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi məktəb. – Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiyev. Cuma İmanzadə 1922-ci ildə Bakıda hərbiyyə məktəbini bitirmişdi. Ə.Əbülhəsən.
3. Təhsil sistemi, tədris müəssisələri toplusu. Məktəbin politexnikləşdirilməsi.
4. məc. Öyrənmə, təcrübə qazanma, habelə əldə edilmiş təcrübənin özü; bilik, təcrübə. Həyat məktəbi. Yaxşı məktəb keçmək.
5. Elmdə, incəsənətdə, ədəbiyyatda, habelə ictimai-siyasi fikirdə bu və ya başqa fərqli xüsusiyyətləri olan cərəyan; məslək. Müxtəlif məktəblərə mənsub rəssamlar. Mollanəsrəddinçilər məktəbi. – Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin başında dururdu. M.İbrahimov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məktəb
mektep, okul