Müəllim
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müəllim
is. [ər.]
1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Azərbaycan dili müəllimi. Tarix müəllimi. • Müəllimlər otağı – məktəbdə müəllimlər üçün ayrılmış otaq. Tənəffüs zəngi vurulan kimi Tərlan sinifdən çıxdı, o biri yoldaşlarından əvvəl müəllimlər otağına gəldi. M.Hüseyn. Qoca arvad oğlunun qolundan yapışaraq qorxa-qorxa müəllimlər otağına daxil oldu. S.Rəhman. // Nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən.
2. Hörmət üçün adlara qoşularaq deyilir.
3. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad. Nizami Füzulinin müəllimidir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müəllim
hoca, muallim, öğretmen