Müzəffər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müzəffər
sif. [ər.] tənt. Üstün gələn (gəlmiş), zəfər qazanan (qazanmış), qələbə çalan (çalmış); qalib, qalibiyyətli. Müzəffər qoşun. Müzəffər yürüş. – Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca; Yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar. S.Vurğun. Napoleonun ordusu müzəffər xalq zərbələri altında tar-mar edildi. M.Hüseyn. • Müzəffər gəlmək (olmaq) – üstün gəlmək, qələbə çalmaq, qalib gəlmək (çıxmaq).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müzəffər
qalib, basılmaz, yenilməz
{galip, kuşatılmaz, yenilmez}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müzəffər
muzaffer