Muğam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
muğam
is. [ər. məqam – mövqe] mus.
1. Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi. Segah muğamı. Humayun muğamı. – XIX əsrin ikinci yarısında Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələr segah muğamını xüsusi məharətlə ifa edirdilər. Ə.Bədəlbəyli. Qızlar radio müsamirələrini, oyun havalarını, Azərbaycan muğamlarını eşitdikdə bütün əziyyətləri unudur(lar). Ə.Vəliyev.
2. bax. lad. Azərbaycan xalq musiqisi praktikasında yeddi əsas lad yaxud muğam (rast, şur, segah, şüştər, çahargah, bayatışiraz və humayun) və əlavə daha bir çox başqa muğamlar tətbiq olunur. Q.Qarayev.