Mehr
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mehr
I. is. [fars.] klas. Sevgi, məhəbbət. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. • Mehr etmək – məhəbbət göstərmək, mehribanlıq göstərmək. Hər yanda bir məh olsa mənə mehriban idi; Mehr etməz idim sahibi-xanə yavaş-yavaş. Q.Zakir. Mehr(ini) salmaq – məhəbbətini salmaq, sevmək, ürək bağlamaq, əzizləmək. Qız daim ata evində qalmaz; Peyvəstə anaya mehr salmaz. Füzuli. Cuma, mehrini böyük oğlu Azada salmağa çalışmışdı. Ə.Əbülhəsən. Mehrini kəsmək – istədiyi adamdan soyumaq, üz döndərmək. Kəsmə məndən mehri, ey xurşid iqbal. Qövsi.
II. is. [ər. məhr] Köhnə məişətdə: evlənən kişi tərəfindən aldığı qadına – qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu. [Hacı Qəmbər:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm: – Xoş gəldin! N.Vəzirov. Xörəkdən, çörəkdən nə gəlsə yeyib-içib söz açarlar ki, “mehr nə qədər olacaqdır?” R.Əfəndiyev. • Mehr kağızı köhn. – kəbin kağızı, əqd kağızı, nikah kağızı. Sarıqlı molla mehr kağızını qurtarmamış gözünü hərləyib içəri qapıya zillədi. Mir Cəlal. Mehr vermək köhn. – kəbin pulunu verib boşamaq. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi, mehr vermək də Məhərrəm üçün imkansız idi. Mir Cəlal.
Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)
mehr
(Persian) love, fondness; mercy, compassion. ~i tosh/~iga to'y-/qon- to
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
mehr
a. Çeyiz.