Laybalay
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
laybalay
I. zərf
1. Laylar halında, qatqat, üst-üstə, çin-çin. Laybalay yığmaq. Laybalay tökmək. – Onda, görürsən, yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. // Məc. mənada. [Qaçay:] Nə vaxta kimi sözlər ürəyimdə laybalay yığılıb qalacaq? Ə.Vəliyev.
2. Laylar üzrə, hər bir layı ayrılıqda. Quyunu laybalay yumaq.
II. sif. və zərf Hər iki tayı, taybatay. Qapı laybalay açıldı. – Bir azdan taxta darvaza laybalay açıldı. Q.İlkin.