turklehceleri.org

Kərəm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kərəm

I. is. [ər.] köhn. Lütf, mərhəmət, inayət. Kərəm eyləmək. – [Ağa Heydər:] Xudaya, şükür kərəminə! Balalarım, gəlin sizi bağrıma basım. N.Vəzirov. • Kərəm et (qıl) (yalvarış yaxud nəzakət bildirən əski ifadə) – 1) mərhəmət et, rəhm göstər, lütf et. Saqi, kərəm eylə, cam gəzdir; Tutma qədəhi, müdam gəzdir! Füzuli. Ey gözəllər şahı, kərəm et mana; Baxmagilən hərgiz əğyardan yana. M.P.Vaqif; 2) verin, ödəyin. [Məstəli şah:] Xanım, divlərin əlmuzdunu, ənamını kərəm edin! M.F.Axundzadə. Kərəm sahibi (əhli) köhn. – lütfkar, rəhmdil, mərhəmətli, insaflı, alicənab adam haqqında. Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər; İşlənən işlərdə əhkamü ləyaqət görmədim. M.P.Vaqif.

II. “Kərə3” sözünün canlı danışıq dilində işlənən yanlış forması. [Sərçə] üç kərəm balasın suva basıb, alıb tazadan dimdiyinə apardı. (Nağıl). [Böyükxanım:] Bir kərəm sənin yanında üzüaçıq dayanmışammı, səsimi eşitmisənmi? C.Cabbarlı.


Son arananlar: