turklehceleri.org

Kran

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kran

I. [alm.] Çən, boru və s.-də maye və ya qazları açıb buraxmaq və qapamaq üçün boru şəklində lüləyi olan cihaz; qurna. Kranı açmaq (bağlamaq). Kranı burmaq. – Gurultu dəhşəti, yanğın lərzəsi; Salmışdı heyrətə bu gün hər kəsi; Kranı bağlamaq gərəkdi əvvəl; Bununçun lazımdı bacarıqlı əl. M.Müşfiq. ..[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov.

II. [holl.] Yük qaldırmaq və ya endirmək, habelə onu üfüqi vəziyyətdə yaxın məsafəyə aparmaq üçün qaldırıcı maşın. Körpülü kran. Üzücü kran. Kranı quraşdırmaq. – [Yusif:] Camal, axı sən bu təchizat şöbəsindən soruş ki, niyə bir aydır o kranı stansiyadan gətirib çıxarmır? S.Rəhman. ..Yıxılan evlərə; Qaldırıcı kran; Olmağı bacar! M.Araz.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kran

musluk

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

kran

(Russian) crane; tap, faucet.


Son arananlar: