turklehceleri.org

Kamal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kamal

is. [ər.]
1. Kamillik, yetkinlik.
2. Elm, ürfan, fəzilət. [Hacı Nuru şair:] Atan oxumuşdu, kamalı var idi. M.F.Axundzadə. Ana gərək övladına kamal işığını bağışlasın. C.Məmmədquluzadə. • Kamala çatmaq (yetmək, yetişmək) – yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək. Bədəsillər çətin yetər kamala; Əgər ki, oxuya üzündən məni. Q.Zakir. Bəlkə də yetməmiş dünya kamala; Bəlkə də görməyir bu dəhşətləri. S.Vurğun. [Əliş Gülcamala:] Sonra da Gəncədə məktəbə getdik; Bir yerdə oxuyub kamala yetdik. Z.Xəlil. // Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik. Kamala yetirmək – yetişdirmək, dərs vermək, yetkinləşdirmək. Vaqif kimi molladan dərs almısan; Gər yetirsin səni kamalə, Yetər. M.P.Vaqif.
3. Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. (Ata. sözü). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin!” Aşıq Ələsgər. • Kamal sahibi – ağıllı, dərrakəli (adam). Gün kimi neməti-xubluqda kamal sahibidir. M.P.Vaqif. Kamalı (kamaldan) azmaq – ağlını itirmək, dəli olmaq. Mahitəmamə eylədi nisbət camalını; Nöqsanı var ki, Seyyid azıbdır kəmaldən. S.Ə.Şirvani. // İnsan ömrünün yetkinlik dövrü.
4. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir; məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə). – ..Əgər bəzi şəxslərə həmin məsələ [papaq məsələsi] əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kamali-cürətlə deyə bilərik... C.Məmmədquluzadə. [Səlim] kamali-etidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. ..Kamaliehtiramla [Hacı Qambay və Məşədi Heybətə] salam verdim. Qantəmir. ‣ Kamal attestatı – tam orta məktəbi qurtarmaq haqqında attestat.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kamal

ağıl, düşüncə, dərrakə
{akıl, düşünce, kavrayış}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kamal

aklıselim

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

kamal

I, kale duvarı, sur.

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

kamal-

II, 1. çevrilmiş, kuşatılmış olmak; 2. hapse düşmek; tevkif edilmek.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

kamal

a. Kemal, erginlik, olgunluk. Kamalgha yetküzmek – Olgunlaştırmak.


Son arananlar: