turklehceleri.org

Hədd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hədd

is. [ər.]
1. Sərhəd, hüdud.
2. məc. Hədd-hüdud, son, nəhayət. Uşağın sevincinin həddi yox idi. • Hədd qoymaq – hüdud qoymaq, məhdudlaşdırmaq, normaya tabe etmək. Sevgiyə hədd qoymaq, düzü, günahdır. B.Vahabzadə. Həddən artıq (çox, ziyadə) – son dərəcə çox, hədsiz. ..İndi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır. C.Məmmədquluzadə. Babayev onun həddən ziyadə böyük olan qaloşlarına baxıb birdən soruşdu. H.Seyidbəyli. Həddən aşmaq – bax. həddini aşmaq. Həddən aşıb büxlü-həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. Həddindən artıq (çox, ziyadə) – bax. həddən artıq (çox, ziyadə). Rəna və Nizami Fəxrəddinin köməyindən həddindən ziyadə razı qaldılar. M.S.Ordubadi. Pristav həddindən artıq dil töküb naqqallıq eləyən Məşədi Nurunun üzünə tərs-tərs baxıb aralandı. Ə.Abasov. Həddindən aşmaq – bax. həddini aşmaq. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Həddini aşmaq – həddi-hüdudu aşmaq, son dərəcə çox olmaq, həddi keçmək. Qəhrəmanın balaca Sabirə olan məhəbbəti həddini aşır. S.Rəhimov. Həddini aşan ötkəmlik elə bil Hidayəti ayıltdı. B.Bayramov.
3. riyaz. Dörd əməldə (toplama, çıxma, vurma, bölmə) işlədilən rəqəmlərin hər biri. ‣ Həddim (həddin, həddi) nədi(r) – nə cəsarət sahibiyəm (sahibsən, sahibdir) – itaətkarlıq, mütilik bildirir. [Hacı Salah:] Xeyr, ağa, mənim nə həddim var ki, sənin [vəzirin] sirrini xalqa yayam. M.F.Axundzadə. [Molla:] Xeyr, qibleyi-aləm! Mənim həddim nədi sənə güləm. “M.N.lətif.” Həddini bildirmək – dərsini vermək, yerini bildirmək, yerində oturtmaq; cəzalandırmaq. Həddini bilmək (tanımaq) – öz hərəkətində, davranışında, danışığında hədd-hüduda riayət etmək, ədəb dairəsindən kənara çıxmamaq, cığırından çıxmamaq. [Zeynal:] ..Qudurğanlıq sizə xeyir gətirməz. Həddinizi bilin. C.Cabbarlı. [Bəhram:] Öz həddini tanı, Fitnə! Məğrur olma xoş səsinə! A.Şaiq. Kimin həddi var, nə həddi var – heç kim cəsarət edə bilməz, heç kəsin cəsarəti çatmaz (hədə bildirir). Soltan İbrahimin otağına kimin həddi vardı ki, gəlsin. (Nağıl). [Hüseynqulu ağa:] ..Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın.. S.S.Axundov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hədd

I. hüdud, sərhəd
{hudut, serhat}

II. ölçü, dərəcə
{ölçü, derece}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hədd

had, kota, sınır


Son arananlar: