turklehceleri.org

Haray

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

haray

1. nida. Dad, aman, vay, dadfəryad, dad-fəğan. Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi. Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.
2. is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi; qışqırıq-bağırıq. Məscidi doldurur haray, qışqırıq; Qarğış, hədələmə, söyüş, fışqırıq. S.Vurğun. Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. • Haray çəkmək (qoparmaq) – bax. haray salmaq 2-ci mənada. Qatar yaxınlaşır haray çəkərək; Gözətçi özünü itirir bu an. B.Vahabzadə. Balta durmadan yarır; Motor haray qoparır. İ.Səfərli. Haray etmək – bax. haray salmaq 1-ci mənada. Bir çoban bir gün etdi dağda haray; Canavar var, – dedi, – gəlin, ey vay. M.Ə.Sabir. Haray salmaq – 1) qışqırmaq, bağırmaq, çığırmaq, haray etmək. Kəndə bir az qalmış qoca qabağa gedib səsi dolusu haray saldı. S.Rəhimov; 2) səs-küy salmaq, gurultu qoparmaq, gurultu salmaq (qoparmaq). Haray salıb dağa-daşa; Köpüklü çay daşa-daşa; Axar uca qayalardan. B.Vahabzadə.
3. is. Kömək, imdad. [İskəndər xan:] ..Atamdan mənə bir haray olmayacaq, qalmışam naçar. N.Vəzirov. [Fazil:] Vallah, mən özüm də məəttəl qalmışam, çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. C.Məmmədquluzadə. • Haraya gəlmək (yetmək, yetişmək, çatmaq) – köməyə gəlmək, imdada yetmək. [Ağa:] Haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. Ə.Haqverdiyev. Qız müəllimin harayına çatmaq istədi. S.Rüstəm. Ona yetmək üçün haraya dostlar; Aldı təyyarəni araya dostlar. M.Rahim.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

haray

I. səda, səs-küy, çığırtı, bağırtı, qışqırtı
{seda, gürültü, çığlık, sayha, feryat}

II. təhlükə, qorxu, vəlvələ, təşviş, təlaş
{tehlike, korku, velvele, vesvese, telaş}


Son arananlar: